Ərdoğan: Ölüm hökmünü təsdiq edəcəm
Bizi izləyin

Dünya

Ərdoğan: Ölüm hökmünü təsdiq edəcəm

Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm.

Publika.az-ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdəki çıxışında bildirib.

“Bugünkü tədbirdə siyasi partiyaların rəhbərləri də iştirak edir. Bu ölkədə hakimiyyət qeyd-şərtsiz xalqa məxsusdur. Xalq isə ölüm hökmünün tətbiqinin tərəfdarıdır. Məsələyə Türkiyə Böyük Millət Məclisi baxmalıdır. Əgər parlament bu tələbi dəstəkləsə, bundan sonra atılacaq addım bəllidir. O zaman mən ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm. Xalq öz sözünü deyib. Güman edirəm ki, siyasi partiyaların qərarı da müvafiq olacaq”, - Ərdoğan əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm