• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Ankarada təkrar seçki olmayacaq

  • Dünya
  • 10 Aprel 2014 00:15
  • 410 Baxış
Ankarada təkrar seçki olmayacaq

Yüksək Seçim Qurumu Mansur Yavaşın tələbini rədd etdi.

Aprelin 9-da Türkiyənin Yüksək Seçim Qurumu Ankarada 30 mart bələdiyyə seçkilərinin nəticələri ilə bağlı ana müxalifət CHP-nin namizədi Mansur Yavaşın iddiasını rədd edib. Mansur Yavaş AKP namizədi Melih Gökçekə təxminən 1 faizlik səslə məğlub olmasını iqtidarın seçki saxtakarlıqlarına bağlayaraq Yüksək Seçim Qurumundan səslərin təkrar sayılmasını tələb edirdi.

YSQ-dan verilən xəbərə görə, aprelin 9-da Mansur Yavaşın iddiasına baxılıb, onun təqdim etdiyi seçki protokolları incələnib və iddianın təmin edilməməsi qərara alınıb. YSK-nın bütün üzvləri qərarın lehinə səs verib.

Mansur Yavaş aprelin 7-də şikayətini Yüksək Seçim Qurumuna təqdim edərkən bildirmişdi ki, hüquqlarının müdafiəsi üçün An Yasa Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciətdən çəkinməyəcək. /Musavat.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR