AŞ PA Ukraynaya dair sənəd qəbul olunub
Bizi izləyin

Dünya

AŞ PA Ukraynaya dair sənəd qəbul olunub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasının üçüncü iş günündə "Ukraynadakı son vəziyyət: demokratik təsisatların fəaliyyətinə təhlükə" adlı hesabata dair müzakirələr aparılıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasının üçüncü iş günündə "Ukraynadakı son vəziyyət: demokratik təsisatların fəaliyyətinə təhlükə" adlı hesabata dair müzakirələr aparılıb.

Qurumun yaz sessiyasına fövqəladə müzakirələr kimi daxil edilən hesabat Monitorinq Komitəsi adından Assambleyanın üzvləri Mailis Reps və Marietta Purbe-Lundin tərəfindən hazırlanıb.

Monitorinq Komitəsinin hesabatında Ukraynanın müstəqilliyinə, suverenliyi və ərazi bütövlüyü dəstəklənir və Krımda keçirilən referendum və onun ərazisinin Rusiya tərəfindən aneksiyası hüquqi gücünün olmadığı və Avropa Şurası tanınmadığı vurğulanır.

Qeyd edək ki, sözügedən hesabatın qətnamə layihəsinə 46 dəyişiklik təklif edilmişdir. Müzakirələr zamanı Rusiya tərəfinin təklif etdiyi əsaslə dəyişikliklər demək olar ki, qəbul olunmayıb.

Sonda hesabatın qətnamə layihəsinə dair səsvermə keçirilib və o, 154 səslə qəbul olunub. 26 nəfər onun əleyhinə səsverib, 14 nəfər bitərəf qalıb.

Sonda əlavə edək ki, 2013 -cü il noyabr ayından etibarən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalara dair aparılan təhqiqata nəzarəti həyata keçirmək üçün Avropa Şurası Baş katibinin təşəbbüsü ilə yaradılmış beynəlxalq məşvərətçi qrupu lk dəfə aprelin 9-da Avropa Şurasında bir araya gəlib.

Sözügedən qrupun tərkibinə İnsan Haqları üzrə Avropa Məhkəməsinin keçmiş sədri Nicolas Bratza, İnsan Haqları üzrə Avropa Məhkəməsinin keçmiş hakimi Volodymyr Boutkevitch və Xarkov regional şurasının üzvü Oleg Anpilogov daxilidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm