Dünyanın ən böyük hotelinin açılışı təxirə salındı - Ərəblər kasıblayıb
Bizi izləyin

Dünya

Dünyanın ən böyük hotelinin açılışı təxirə salındı - Ərəblər kasıblayıb

Səudiyyə Ərəbistanında Məkkədə inşaatı davam edən dünyanın ən böyük otelinin açılışı təxirə salınıb. Səbəb neftin qiymətinin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması göstərilir.

Fransada nəşr olunan "Le Figaro" jurnalının verdiyi xəbərə görə, açılış tarixi 2017-ci ildə deyil, 2018, hətta 2019-cu ilə qədər uzana bilər. Bu barədə otelin məsləhətçisi "MKG Consulting" şirkəti artıq məlumatlandırılıb.

Otelin 10 min otağı, 70 restoranı və 4 vertolyot üçün eniş xətti olacaq. Tikinti üçün xərclər keçən il 3,5 milyard dollar həcmində hesablanmışdı.

Səudiyyə Maliyyə Nazirliyinin sərmayələşdirdiyi bu nəhəng kompleks Malayziyadakı First World Hotel və Las Vegasdakı The Venetian and the Palazzodan daha böyükdür (hər biri 7000-dən çox otağa sahibdir). Otel həcc ziyarətinə gələnlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Həcc ziyarəti neftdən sonra Səudiyyə Ərəbistanının ikinci ən böyük gəlir mənbəyidir. Hər il 2 milyondan çox müsəlman Məkkəni ziyarət edir. (admiral.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm