Ərdoğan Putinə təşəkkür etdi - FOTO
Bizi izləyin

Dünya

Ərdoğan Putinə təşəkkür etdi - FOTO

“İnanıram ki, indi atdığımız və atacağımız addımlar çox fərqli prosesin başlanğıcı olacaq”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqun Konstantinov sarayında rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş zamanı bildirib.

Daha sonra R.T.Ərdoğan iyulun 15-də Türkiyədə törədilən qiyama cəhd hadisələri zamanı Rusiya prezidenti Vladimir Putinə sərgilədiyi mövqe və Türkiyəyə dəstək verdiyi üçün təşəkkürünü bildirib: “Türkiyədə törədilən 15 iyul hadisələrinin səhəri günü sizin telefonla zəng edərək, mənə dəstək nümayiş etdirməniz, həm bizi, həm də bütün türk xalqını sevindirib. Bu gün regionun bizdən gözləntiləri var. İnanıram ki, qurulan əlaqələrimiz bölgədə mövcud olan problemlərin həllinə də yardım edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm