Qərb mediası Ərdoğan-Putin görüşü barədə: “Bu, NATO rəhbərliyinin...”
Bizi izləyin

Dünya

Qərb mediası Ərdoğan-Putin görüşü barədə: “Bu, NATO rəhbərliyinin...”

Avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Snakt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə tarixi görüşü Avropa mətbuatında geniş əks-səda doğurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, çox əhəmiyyətli məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi Putin-Ərdoğan görüşü Avropa mediasının da əsas gündəmi olub. Hətta ABŞ və bir çox Avropa ölkələrində bu görüş canlı yayımlanıb.

İngiltərənin dövlət televiziyası olan “BBC TV” Ərdoğan-Putin görüşünün Qərb ilə Türkiyə arasındakı əlaqələrin sarsılması kimi təqdim edib.

Telekanal bəyan edib ki, 15 iyul hadisələri ilə bağlı Türkiyənin müttəfiqi olan Qərb liderləri rəsmi Ankaraya dəstək vermək əvəzinə, Ərdoğanı tənqid edib: “Ancaq bunun əvəzində Putin Türkiyədə törədilən qiyam cəhdindən sonra Ərdoğanı axtaran ilk lider olub”.

“Sky News” telekanalı Ərdoğan-Putin görüşünü Rusiya ilə Türkiyə dövlətləri arasında açılan yeni səhifə olduğunu bildirib.

Telekanal xatırladıb ki, 15 iyul hadisələri zamanı Türkiyənin müttəfiqi olan Avropa və ABŞ liderləri rəsmi Ankaraya dəstək verməyib: “Türkiyə də bunun əvəzini Moskva ilə münasibətləri normallaşdırmaqla çıxıb”.

“Financial Times” qəzeti yazıb ki, Ərdoğanla Putinin görüşü Rusiyanın Türkiyəni Şərqə tərəf çəkməsi kimi qiymətləndirilir.

“Guardian” qəzeti isə qeyd edib ki, Ərdoğan-Putin görüşü rəsmi Brüsselin, o cümlədən NATO rəhbərliyinin əsəblərini tarıma çəkməkdir.

“Independent” qəzetinin “köşə yazarı” Robert Fiskin Ərdoğanla Putinin görüşünü “Osmanlı Sultan ilə Rus Çarının görüşməsi” kimi təqdim edib.

Almaniyanın “N24” telekanalı Ərdoğan ilə Putinin görüşünü və mətbuat konfransını canlı yayımla təqdim edib.

“Spiegel Online” xəbər saytı Ərdoğanla Putinin görüşünün müsbət atmosferdə keçdiyini yazıb.

“Die Zeit” internet portalı isə Ərdoğanla Putin arasında yaranmış “buzların” əridiyini qeyd edib.

“Bild” qəzeti də Qərbin Ərdoğana böyük ehtiyacının olduğunu yazıb: “NATO üzvü olan Türkiyənin mövqeyini Şərqə çevirməsi təhlükəsi yaranıb. Ancaq bu gün NATO üzvü olan Türkiyənin strateji mövqeyi, Suriyaya qonşu olması, qaçqın mövzusunda birmənalı davranması və İŞİD-ə qarşı mübarizədə apardığı səylər bu dövlətin Qərb üçün əhəmiyyətini ortaya qoyur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm