• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İtaliyada “möcüzə” baş verib

  • Dünya
  • 10 Aprel 2014 11:45
  • 711 Baxış
İtaliyada “möcüzə” baş verib

İtaliyada “möcüzə” hesab olunan hadisə baş verib. Təqaüdçü qadın 11 il iflic həyat tərzi keçirdib və İtaliyanın cənubunda yerləşən kilsəni ziyarət etdikdən sonra artıq yeriməyə başlayıb.

74 yaşlı Mişelina Komeqna səhərlərin birində kilsəyə baş çəkdikdən sonra “möcüzə” ilə qarşılaşıb. Döş xərçənginə görə 2003-cü ildən bəri iflic olan qadın kilsəyə gedərək dua edib. 11 il əlil arabasında gəzən xanım kilsədə keçirilən mərasimdə sağlamlığı üçün etdiyi duadan sonra elmin anlaya bilməyəcəyi tərzdə möcüzə baş verib. Duadan sonra elə oradaca əlil arabasından duraraq yeriməyə başlayıb. Şahidlik edən keşişlərdən biri tibbin açıqlamasını gözləyənə kimi bu hadisəni möcüzə adlandırmayıb.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR