• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dağıstanda silahlıların ölduğu ev mühasirədədir - YENİLƏNDİ

  • Dünya
  • 18 Yanvar 2014 09:06
  • 619 Baxış
Dağıstanda silahlıların ölduğu ev mühasirədədir - YENİLƏNDİ

Dağıstanda Respublikasında xüsusi təyinatlı dəstə silahlıların sığındığı evi mühasirəyə alıb.

Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, evdə təxminən 5-7 silahlı var.

Xəbərə görə, Dağıstanın paytaxtı Mahaçqala ətrafında yerləşən Səməndər qəsəbəsində silahlı qrupun zərərsizləşdirilməsi üçün əməliyyatın aktiv mərhələsi başlanıb.

“Silahlıların olduğu evə hücum başlanıb. İnformasiya görə, onlar uşaqlarla qadınları buraxıblar. İlkin məlumatlara görə, evdə beşdən yeddiyə qədər silahlı var”, - mənbə bildirib. Silahlıların Mahaçqalada restoranda partlayış törədənlərin ola biləcəyi deyilir.

Qeyd edək ki, dünən Mahaçqalanın mərkəzindəki “Qızıl imperiyası” restoranında iki partlayış törədilib. Hadisə nəticəsində ölən olmasa da, 14 nəfər yaralanıb. Yaralananların arasında polislər də var.

Yanvarın 15-də isə Dağıstanın Xasavyurt rayonunda xüsusi əməliyyat keçirilmiş və dörd silahlı öldürülmüşdü.

Ömər Dağlı

09.06

Mahaçqalada partlayış zamanı zərərçəkənlərin sayı 16 nəfərə çatıb. Bu barədə RF İstintaq komitəsi şənbə günü bildirib.

"Partlayış nəticəsində 16 nəfər, o cümlədən polis əməkdaşları xəsarət alıb", - məlumatda deyilir.

Cümə günü axşam naməlum şəxslər Mahaçqaladakı "Qızıl imperiya" restoranının ikinci mərtəbəsinə qumbaraatandan atəş açıblar, 15 dəqiqədən sonra isə hadisə yerinə polis patrulu gələrək restoranın yaxınlığında maşın partlayıb.

Əsas fərziyə kimi kriminal "çəkişmələr" və xuliqanlıq nəzərdən keçirilir, respublika DİN-in nümayəndəsi Ria Novosti agentliyinə bildirib.

O, dəqiqləşdirib ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb, üç polis də daxil olmaqla. Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu vaxta qədər 11 nəfər yaralanmış, o cümlədən dörd polis əməkdaşı.

Bu "Qızıl imperiya" ilə bağlı birinci hadisə deyil: ötən ilin payızında bildirilirdi ki, restorana üç nəfər naməlum maskalı şəxs daxil olub, şübhəli əşya qoyaraq, tavana atəş açıblar. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR