Əsəd müxalifətin qalasında hücuma keçdi
Bizi izləyin

Dünya

Əsəd müxalifətin qalasında hücuma keçdi

Suriyanın hökumət qoşunları aviasiya güclərinin dəstəyi ilə Hələbin cənubi-qərbində hücuma keçib.

Publika.az-ın “RİA-Novosti”nin hadisə yerində olan müxbirinə istinadən verdiyi məlumata görə, Suriya Hərbi Hava Qüvvələrinin təyyarələri sement zavodunun yaxınlığında yerləşən Ramuse artilleriya məktəbinin ərazisindəki müxalifət qüvvələrinin mövqelərinə zərbələr endirib. Hava zərbələri nəticəsində məktəbin ərazisindən qaçmağa çalışan döyüşçülər məhv edilib.

Hazırda döyüşlər artilleriya məktəbinin ərazisinin şərq hissəsində gedir.

Qeyd edək ki, Hələb Suriyanın müxalifət güclərinin əsas qalası hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm