Prezident mitinqlərə məhdudiyyət qoydu
Bizi izləyin

Dünya

Prezident mitinqlərə məhdudiyyət qoydu

Ukrayna prezidenti Viktor Yanukoviç kütləvi etirazlara məhdudiyyətlər qoyan mübahisəli qanunu imzalayıb.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, qüvvəyə minən qanun küçə və meydanlarda icazəsiz olaraq çadırların, tribunaların qurulmasını qadağan edir. Buna görə 640 dollara qədər cərimə, yaxud 15 günlük həbs cəzası müəyyən edir.

İcazəsiz aksiyaları avadanlıq, əşya ilə təmin edən şəxslər isə 1270 dollar cərimə ediləcək, yaxud da 10 günlük həbslə cəzalandırılacaq.

Bundan başqa Yanukovych Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiq edib.Dəyişikliklərə görə, böhtan yenidən cinayət əməli kimi qəbul edilir, məmurların tənqidlərdən qorunması üçün əlavə imkanlar açılır.

Bu dəyişiklikləri bir müddət əvvəl parlament təsdiq etmişdi. Parlament Yanukoviçin Regionlar Partiyasının nəzarətindədir.Həm ABŞ, həm də Avropa İttifaqı qanunun qəbulunu sərt tənqid etmişdi.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm