SSRİ-ni dağıdanlar məhkəmə qarşısına çıxarılır
Bizi izləyin

Dünya

SSRİ-ni dağıdanlar məhkəmə qarşısına çıxarılır

SSRİ-ni dağıdanlar məhkəmə qarşısına çıxarıla bilər

Rusiya Dövlət Dumasının deputatları Yevgeni Fyodorov, Anton Romanov, İvan Nikitçuk, Oleq Denisenko və Mixail Deqtyaryev keçmiş SSRİ-nin son rəhbəri Mixail Qorbaçov da başqa olmaqla bu dövlətin dağılmasında günahı olanların cəzalandırılmasını tələb edir.

Publika.Az – ın “Kommersant” qəzetinə istinadən verduiyi məlumata görə, adıçəkilən deputatlar Rusiya baş prokuroruna keçmiş SSRİ-nin son dövrlərində baş verən hadisələrin araşdırılması üçün sorğu göndərəcəklər.

Həmin deputatlardan biri olan M.Deqtyarev mövzu ilə bağlı sualları cavablandırıb. O, bildirib ki, 1991-ci il hadisələrin araşdırılması üçün kifayət qədər əsaslar var. Rusiyalı deputat hesab edir ki, Sovet İttifaqı vətəndaşlarının əksəriyyəti dövlətin saxlanılmasına səs versələr də qeyri-konstitusiya orqanı olan Dövlət Şurası faktiki olaraq Mixail Qorbaçovla birlikdə dövlətə son qoydu.

“Onlara bu səlahiyyətləri kimlər verdi. Xalq dedi: “Biz SSRİ-də yaşamaq istəyirik”, - rusiyalı deputat vurğulayıb.

O, 20 il ərzində bu məsələnin niyə qaldırılmadığını da anlamadığını dilə gətirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük faciəsi adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm