Ermənistan hökuməti sonuncu 20 faizlik payını da satır
Bizi izləyin

Dünya

Ermənistan hökuməti sonuncu 20 faizlik payını da satır

Ermənistan hökuməti 20 faiz payını qaza görə yaranmış 155 milyon dollarlıq borcu ödəmək üçün satıb."Qazprom" Ermənistana keçən il 2 milyard kub metr qaz verib.

Ermənistan hökuməti "ArmRosqazprom" şirkətindəki sonuncu 20 faiz payını "Qazprom"a satıb.

Bununla Qazpromun Ermənistandakı törəmə şirkəti olan "ArmRosqazprom"dakı payı 100 faizə çatmış olur.

ArmRosqazpromun adı isə dəyişdirilir, bundan sonra onun adı "Qazprom Armeniya" olacaq.

Ermənistan hökuməti 20 faiz payını qaza görə yaranmış 155 milyon dollarlıq borcu ödəmək üçün satıb."Qazprom" Ermənistana keçən il 2 milyard kub metr qaz verib.
​​
2013-cü ildə bağlanmış müqaviləyə görə Ermənistan 2043-cü ilə kimi Rusiya qazını yalnız "Qazprom"dan ala bilər.Bu müqaviləni Ermənistanda bir çoxları, o cümlədən keçmiş prezident Kocharian sərt tənqid edir.

2rd.am saytına müsahibə verən Kocharian deyir ki, belə müqavilə imzalanmağının nümunəsini tapa bilmir. O hətta istehza edib ki, bəlkə lazım olan qitələr arasında axtarmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm