İki uşaq diri-diri yandı
Bizi izləyin

Dünya

İki uşaq diri-diri yandı

Avqustun 17-də Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhəri yaxınlığında meşədə baş verən yanğında iki uşaq yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsinin məlumatında bildirilir ki, meşədə köhnə, quru lövhələrdən tikilmiş daxma bir anda alovlanıb.

Yanğınsöndürənlər bir neçə dəqiqə ərazində yanğını söndürüblər. Lakin 10 yaşlı iki məktəbli oğlanı xilas etmək mümkün olmayıb. Onların yanmış meyiti qalıqlar arasında tapılıb.

Yanğınsöndürənləri hadisə yerinə başqa bir məktəbli çağırıb. Onun sözlərinə görə, daxmanın üzərində tüstü görəndən sonra tikiliyə doğru qaçıb və alovun çıxışı bürüdüyünü görüb. Yanğında ölən məktəblilər də məhz buna görə daxmadan çıxa bilməyib, diri-diri yanıblar.

FHN-in regional idarəsindən bildirilib ki, hadisəyə alovla ehtiyatsız davranma səbəb olub.

Dəqiq səbəblər aydınlaşdırılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm