Meksika polisi 22 nəfəri qətlə yetirib
Bizi izləyin

Dünya

Meksika polisi 22 nəfəri qətlə yetirib

Meksika Federal Polisi 2015-ci ilin mayında Miçoakan ştatında cinayətkarlarla toqquşmadan sonra 22 nəfəri qanunsuz olaraq öldürüb.

Publika.az xəbər verir ki, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Latın Amerikası ölkəsinin insan haqları üzrə milli komissiyasının rəhbəri Luis Qonsales Peres məlumat verib.

Burada söhbət Tanuato bələdiyyəsi ərazisindəki döyüşdən gedir. Həmin vaxt hakimiyyət orqanlarına çoxlu sayda silahlı şəxsin ərazidəki evlərdən birinə basqın etməsi barədə məlumat daxil olub. Meksikanın təhlükəsizlik üzrə milli müvəkkili Monte Alexandro Rubido o vaxt bildirmişdi ki, 42 cinayətkar öldürülüb, 3 nəfəri saxlanılıb, 1 polis həyatını itirib.

"Federal polis işçiləri tərəfindən insan hüquqlarının ciddi pozuntuları hissəsində faktlar təsdiqini tapıb", - deyə Qonsales bildirib. O qeyd edib ki, tərəflərin verdiyi itkilərdə məhz bu qədər böyük fərq məhkəmədənkənar qırğının olmasına şübhə yaradıb.

Meksika hökuməti Tanuatoda öldürülən insanlarının cəsədlərinin yarılmasından sonra nəticələri açıqlamaqdan imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm