Türkiyə XİN: Krımdakı vəziyyət regionda "domino effekti" yarada bilər
Bizi izləyin

Dünya

Türkiyə XİN: Krımdakı vəziyyət regionda "domino effekti" yarada bilər

Krımdakı vəziyyət regionda "domino effekti" yarada bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

Onun sözlərinə görə, Türkiyə XİN hesab edir ki, Krımda cərəyan edən hadisələr Abxaziya və Dağlıq Qarabağdakı vəziyyətə mənfi şəkildə təsir göstərə bilər.

Ə.Davudoğlu onu da bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımda keçirilən referendumun nəticələrini qəbul etmir.

Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu haqqında referendum keçirilib. Martın 18-də isə Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil olması haqqında saziş imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm