Valideynlərinin diqqətini çəkmək üçün özünü öldürdü - Foto
Bizi izləyin

Dünya

Valideynlərinin diqqətini çəkmək üçün özünü öldürdü - Foto

Valideynlərinin diqqətini çəkmək üçün özünü öldürdü - Foto

Rusiyada 12 yaşlı qız valideynlərinin diqqətini çəkmək üçün dərman içib. Belə ki, Ksyuşa adlı bir gəncin halı birdən-birə pisləşib. Ürəkbulanma və baş ağrılarından əziyyət çəkən qızın xilası üçün təcili tibbi yardım çağırılıb, lakin həkimlərin səyinə baxmayaraq qız vəfat edib.

Qızın çantasından təzyiqi aşağı salan “Anaprilin” həbləri tapılıb və telefonunda gənclər üçün nəzərdə tutulmuş forumda “valideynləri necə cəlb etməli?” sualını verməsi aşkarlanıb. Ona forumda təhlükəsiz “Anaprilin” həblərini qəbul edərək xəstəxanaya düşmək məsləhət görülüb. Həblərin heç bir əks effekt verməyəcəyini, valideynlərin isə əlində meyvə ilə palataya qaçacağı qeyd edilib. Ksyuşa diqqət cəlb etmək üçün məsləhətə əməl edir. Həblərdən neçə gün və neçə ədəd istifadə etməsi isə məlum deyil.

Xatırladaq ki, məktəbli qız boşanmış valideynlərin qurbanına çevrilərək ailə diqqətindən kənar qaldığı üçün bu əmələ əl atıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm