Əfqanıstandan qayıdan hərbi qulluqçularımız KİV nümayəndələri ilə görüşüb
Bizi izləyin

Dünya

Əfqanıstandan qayıdan hərbi qulluqçularımız KİV nümayəndələri ilə görüşüb

Əfqanıstandan qayıdan hərbi qulluqçularımız KİV nümayəndələri ilə görüşüb

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.

Publika.Az-a bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı hərbi qulluqçularımız sülhməramlı əməliyyatlarda iştirakları barədə təəssüratlarını bölüşərək Azərbaycan Respublikasının NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi sahədə verdiyi töhfədən söz açıb və televiziya kanallarına müsahibələr verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm