Türkiyə ABŞ-ı Fətullah Gülənin ekstradisiyasını sürətləndirməyə çağırıb
Bizi izləyin

Dünya

Türkiyə ABŞ-ı Fətullah Gülənin ekstradisiyasını sürətləndirməyə çağırıb

"Bu adam çevrilişə cəhdin lideri idi. Biz nə gözləyirik? İki ölkə arasındakı razılaşma ortadadır".

Publika.az "Daily Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.

Türkiyənin baş naziri ABŞ-ı Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiya prosesinə tez başlamağa çağırıb. O, bildirib ki, Türkiyə bu prosesin sürətləndirilməsini istəyir.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edib. Nəticədə 246 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm