AŞPA Rusiyanı səsvermə hüququndan məhrum etdi
Bizi izləyin

Dünya

AŞPA Rusiyanı səsvermə hüququndan məhrum etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının dördüncü iş günündə Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması ətrafında müzakirələr aparılıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının dördüncü iş günündə Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən deputatların əksəriyyəti Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyətə görə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsini tələb edib, bəzi ölkələr isə iki dövlət arasında dialoqa tərəfdar olduqlarını bildiriblər.

Sessiyadan əvvəl keçirilən Monitorinq Komitəsində Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə dair çıxardığı qərara etiraz edən nümayəndə heyəti bir nəfər kimi sessiyanı tərk edib.

Müzakirə olunan məsələ ilə bağlı qəbul edilən qətnamə layihəsində 2015-ci ilin yanvar sessiyasınadək Rusiya nümayəndə heyətinin qurumda səsvermə hüququnun dondurulması qərara alınıb.

Səsvermə zamanı 145 deputat qətnamə layihəsinin lehinə, 21-i əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.
Bundan əlavə, Assambleya növbəti qış sessiyasınadək Rusiya nümayəndə heyətinin qurumun Bürosunda, Sədrlər Komitəsi, eləcə də Daimi Komitəsində təmsil olunmaq hüququnun dondurulmasına qərar verib.
Qətnamə layihəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyi dəstəklənib.

Səsvermədən sonra Avropa Şurasında jurnalistlər üçün mətbuat konfransı keçirən Rusiya nümayəndə heyətinin sədri Aleksey Puşkov bu sessiyanı tərk edəcəyini bildirib.

Rusiya nümayəndə heyətinin bundan sonrakı fəaliyyəti, o cümlədən iyun sessiyasında iştirakına dair məsələyə münasibət bildirərkən A.Puşkov deyib: “AŞ PA-nın işində iştirak edib-etməmək hüququnu özümüzdə saxlayırıq. Biz fəaliyyətimizi davam etdirmək və ya təşkilatı tərk etməklə bağlı qərarı özümüz verəcəyik. Bununla bağlı qərar 2-3 həftəyə verilə bilər və AŞ PA rəhbərliyi bu barədə məlumatlandırılacaq”. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm