Ölkə şokdadır: nazirin xanımı xəyanəti aşkarladı, ölü tapıldı - FOTO
Bizi izləyin

Dünya

Ölkə şokdadır: nazirin xanımı xəyanəti aşkarladı, ölü tapıldı - FOTO

"Ərimin mənə xəyanət etdiyini Twitter-dəki yazışmalarına baxanda gördüm"

Avropa və dünya mediası Fransa prezidenti Fransua Ollandın nikahdankənar əlaqələrindən, 59 yaşlı dövlət başçısı ilə 41 yaşlı jurnalist Jüli Qaye arasındakı eşq macərasından danışarkən Hindistanda böyük şok yaşanır.


Burada nazirin arvadı ərinin xəyanətini Twitter-də aşkarlayandan sonra ölü tapılıb.


Hindistanın insan resurslarının inkişafı naziri, 57 yaşlı Şaşi Tarurun arvadı Sunandaya xəyanət etdiyi aşkarlanıb.


52 yaşlı Sunanda Puşkar Tarur demişdi ki, onun 57 yaşlı əri 45 yaşlı pakistanlı jurnalist qadınla aşiq-məşuqdur. Bunu bəyan edəndən soqnra Sunanda Tharur boşanmaq istədiyini söyləmişdi.


"Ərimin mənə xəyanət etdiyini Twitter-dəki yazışmalarına baxanda gördüm. O yazışmalarda Mehr Tarar adlı bir qadın ərimə eşq elan edirdi. Ərim də o qadına çox "səmimi" sözlər yazırdı", - Sunanda demişdi.


Bir qədər sonra nazir Şaşi Tarur Twitter-dəki akkauntunun hakerlər tərəfindən sındırıldığını bəyan etmişdi: "Pakistanlı jurnalist qadına mənim adımdan bütün tvitləri hakerlər profilimi sındırandan sonra yollayıblar. Bağışlayın, dostlar, akkauntum sındırılıb. Onu bir müddət qapayacağam.
Problemi həll edənədək mənimlə qalın".


Sunanda Tarur deyilənlərə inanmamışdı: "Ərim o qadını yaxşı tanıyır, qadın da ərimdən əl çəkmir. O qadın Pakistan caususdur. Kişilər elə axmaqdır ki, ərimin mənə olan sədaqəti və sevgisi hara getdi?! Qadın və ərli xanım kimi özümü məhv olmuş sayıram", - Sunanda Tarur The Indian Express reportyoru ilə söhbətində demişdi.

Bir qədər sonra NDTV telekanalına verdiyi açıqlamasında S.Tarur bildirmişdi: "Ərimlə o qadının arasında sevgi, istək və ya ehtirasın olduğunu bilmirəm. Ola bilər ki, o qadın ərimin ağlını başından alıb. Bundan sonra nə olacaq, bilmirəm".

Bir qədər də keçdi, nazirlə onun xanımı birgə açıqlama verərək barışdıqlarını dedilər: "Twitter-dəki akkauntlarımızda naməlum adamların çirkin əməllərinə görə təəssüf hissi keçiririk. Bir daha bildiririk ki, ailə həyatımızı davam etdiririk və hər şey əladır".

Şaşi Tarur sonra Facebook-dakı profilində yazmışdı ki, yaşananlardan depressiyaya düşmüş arvadı Sunanda xəstəxanaya düşüb: "Onun bu hala düşməsinin səbəbi yalanlar yayan kütləvi informasiya vasitələridir. Şəxsi həyatımıza bir qədər sayğı ilə yanaşın".

Pakistanlı jurnalist Mehr Tarar isə Facebook-dakı profilində yazıb: "ağlını itirmiş o qadına cavab vermək niyyətim yoxdur. Məni "pakistanlı casus" sayır, onun ərini təqib etdiyimi düşünür. Bunların hamısı uydurmadır".

BMT-nin baş katibinin müavini olmuş Şaşi Tarur bu qurumda 30 il çalışandan sonra 2008-ci ildə Hindistanda böyük siyasətə atılıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan və bizneslə məşğul olan Sunanda Puşkarla o, 2010-cu ildə evlənmişdi. Sunanda onun üçüncü arvadı idi.

Dünən isə Sunanda Tarur Hindistan paytaxtı Nyu-Delhidəki lüks "Leela Palace" otelinin nömrəsində ölü tapılıb.

Şəhər polisindən verilən məlumata görə, Sunanda Tarur intihar edib. Ölkə mediası isə bu ölümü çox müəmmalı sayır./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm