NATO və Ukrayna Rusiyaya qarşı birgə plan hazırlayıb
Bizi izləyin

Dünya

NATO və Ukrayna Rusiyaya qarşı birgə plan hazırlayıb

NATO və Ukrayna Rusiyaya qarşı birgə plan hazırlayıb

Ukrayna və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynanın əhəmiyyətli infrastruktur obyektləri və ölkənin regionlarında qeyri-sabit vəziyyətin yaranacağı halda mülki əhalinin müdafiəsi ilə bağlı birgə plan hazırlayıb.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin xəbərində deyilir.

Birgə planın Ukraynanın müraciəti əsasında Şimali Atlantika Şurasının toplantısında qəbul olunduğu bildirilir.

Dünən isə NATO-nun yüksək rütbəli rəsmisindən rəsmi Kiyevi rahatladacaq bəyanat gəlib. Hərbi alyansın Avropa İttifaqı güclərinin baş komandanı Filipp Bridlov “Associated Press” xəbər agentliyinə açıqlamasında NATO-nun Şərqi Avropa ölkələrinə hərbçilərini göndərə biləcəyini deyib.

O, Rusiyanın hərəkətləri ilə əlaqədar olaraq əks-tədbirlərin planlaşdırıldığını qeyd edib.

“Reuters” xəbər agentliyi isə xəbər verib ki, NATO may ayında Şərqi Avropa ölkələrinin səmasında keşik çəkən hərbi təyyarələrin sayını üç dəfə artıracaq. Agentliyin məlumatında deyilir ki, bu, NATO-nun Mərkəzi və Şərqi Avropada möhkəmləndirilməsi planının tərkib hissəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm