Krım işğalı Konstitusiyada da əksini tapdı
Bizi izləyin

Dünya

Krım işğalı Konstitusiyada da əksini tapdı

Krım işğalı Konstitusiyada da əksini tapdı

Krım və Sevastopolun Rusiyaya birləşdirilməsi ölkə Konstitusiyasında da əksini tapıb.

Publika.Az – ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sözügedən iki yeni subyekt Rusiya Federasiyası ərazi subyektlərinin göstərildiyi Konstitusiyanın üçüncü fəslinin 65-inci maddəsinə daxil edilib.

Konstitusiyanın yeni forması ölkənin rəsmi internet portalında dərc edilib.

Qeyd edək ki, Rusiya hərbçiləri tərəfindən Krımın işğalından sonra - 16 Mart tarixində Krım və Sevastopol müstəqillik referendumu keçirib. Referendumun nəticəsinə görə, əhalinin 97 faizi Rusiyaya birləşmənin tərəfdarı olduğuna səs verib.

İki gün sonra isə Rusiya prezidenti Vladimir Putin ilə Krım və Sevastopol rəhbərliyi arasında adıçəkilən subyektlərin Rusiyaya birləşməsi barədə müqavilə imzalanıb. Müqaviləni Rusiya Federasiya Şurası yekdilliklə bəyənib.

BMT Baş Assambleyasında isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm