• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Hasan Oktay: “Türkiyə İŞİD-dən sonra PYD-ni vuracaq” - ÖZƏL

  • Dünya
  • 27 Avqust 2016 10:28
  • 803 Baxış
Hasan Oktay: “Türkiyə İŞİD-dən sonra PYD-ni vuracaq” - ÖZƏL

“Türkiyənin Cerablus əməliyyatının həyata keçirildiyi tarix önəmlidir”.

Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin irəliləməyə başladığı bir vaxtda 15 iyul dövlət çevrilişinə cəhd oldu: “Bu, türk ordusunun içindəki bir qrup FETÖ-ya bağlı olan hərbiçilər tərəfindən həyata keçirildi. Məqsəd Rusiya-Türkiyə yaxınlaşmasının qarşısını almaq və Türkiyədə iqtidarı ələ keçirərək, rus-türk müharibəsi çıxarmaq idi. Çevriliş uğurlu olmadı, amma ordu ciddi şəkildə xalqın gözündən düşdü. Belə bir vaxtda ordunun etibarı yenidən qazanması üçün Türkiyənin cənubunda yaranan təhlükənin qarşısını almaq üçün hərbi əməliyyata başlanıldı”.

Türkiyəli politoloq qeyd edib ki, 15 iyuldan sonra Türkiyə-Rusiya yaxınlaşması Ankaranın İŞİD-i səbəb göstərərək, əməliyyata başlaması üçün əsaslı dayaq nöqtəsi oldu.

H. Oktay İŞİD-ə qarşı olan Cerablus əməliyyatından sonra hədəfin PYD olacağına diqqət çəkib.

“Bu əməliyyatın kürdlərə qarşı olmadığını göstərmək üçün Bərzani ilə təmas quruldu və əməliyyat getdiyi müddətdə Bərzani Ankaraya gələrək, bunun kürdlərə qarşı yox, terror qruplarına qarşı hücum olduğunu göstərdi. Həmçinin, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıdığını açıqlayaraq, Suriyadakı hakimiyyətə qarşı olmadığını da bəyan etdi. Hesab edirəm ki, Suriyanın şimalından Türkiyəyə gələ biləcək təhlükə ortadan qalxana qədər əməliyyat davam edəcək”, - deyə politoloq vurğulayıb.

H. Oktay ABŞ-ın bu əməliyyatı dəstəkləməsini də şərh edib.

Onun sözlərinə görə, burada iki məqamın olması mümkündür: “Ya ABŞ 15 iyuldan sonra Türkiyənin ortaya qoyduğu mövqedən sonra Suriya siyasətini dəyişdirdi, ya da Türkiyənin həmləsinə səs çıxarmayaraq dəstəkləmək məcburiyyətində qaldı. İŞİD onsuz da ortaq düşməndir və Türkiyə bu terror qrupuna qarşı qurulan koalisiya qüvvələrində təmsil olunur. Bundan çıxış edən Türkiyə əvvəlcə İŞİD-ə qarşı hərəkətə keçərək, beynəlxalq dəstəyi qazanmış oldu”.

H. Oktay qeyd edib ki, Türkiyəyə təhdid ola biləcək bölgəni təmizləmək və Suriya üçün qurulacaq masada yer almaq Ankaranın prioritet məqsədidir: “Regional sülh üçün bunların təmin olunması şərtdir”.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>