Bordobereliler Suriyada yeni hücuma hazırlaşır
Bizi izləyin

Dünya

Bordobereliler Suriyada yeni hücuma hazırlaşır

Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatının detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, hərbi mənbələrdən “Habertürk”ə verilən məlumata görə, əməliyyatın nə qədər davam edəcəyi dəqiq deyil.

“PYD/YPG-nin atacağı addımlara qarşı Suriyanın daxili bölgələrinə doğru də hərəkət ediləcək. PYD/YPG Menbiç tamamilə boşaltmasa, xüsusi təyinatlı qüvvələr (bordoberelilər) hücuma keçəcək. Planlar şərtlərə görə qurulur. Hər cür müdaxiləyə hazırıq. Əsas məqsəd sərhəddə terrorçulardan təmizlənmiş, təhlükəsizlik bölgə yaratmaqdır”, - deyə hərbi mənbə qeyd edib.

Qeyd edək ki, Cerablusun İŞİD-ddən azad olunması əməliyyatında da “Bordobereliler” əsas yer tutub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm