NATO Rusiya təhlükəsini peykdən çəkdi
Bizi izləyin

Dünya

NATO Rusiya təhlükəsini peykdən çəkdi

NATO Rusiya təhlükəsini peykdən çəkdi

NATO Ali Baş Komandanlığının Qərargahı Ukrayna sərhədində yerləşdirilən Rusiya hərbi birliklərinin peykdən çəkilən bir neçə şəklini dərc edib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbi alyans Ukrayna sərhədində 35-40 min Rusiya hərbçisinin olduğunu iddia edir.

Hərbi alyansın Avropa İttifaqı güclərinin baş komandanı Filipp Bridlov “Twitter” səhifəsində bu barədə yazıb. “Ukrayna sərhədləri yaxınlığındakı Rusiya qoşunları tamamilə təchiz edilib və müdaxiləyə hazırdır. Çəkilən kadrlar da bunu göstərir”, - NATO-nun yüksək rütbəli zabiti Ukraynaya real təhlükənin olduğu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, ruslar sərhəddə təyyarələr, vertolyotlar, tanklar və artilleriya olmaqla çoxlu hərbi texnika yerləşdirib və onlar bir neçə saat ərzində hərəkətə gətirilə bilər. “Bu güclər stabilliyi pozan effekt göstərirlər və regionda təhlükəsizliyə ciddi təsir edirlər”, - F.Bridov əmindir.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının yüksək vəzifəli nümayəndəsi isə RİA xəbər agentliyinə açıqlamasında NATO-nun dərc etdiyi kadrların 2013-cü ilin avqustunda çəkildiyini bildirib. “Bu şəkillərdə Cənub hərbi dairəsinin bölmələri təsvir edilib. Həmin qoşun bölmələri keçən ilin yayında Ukrayna sərhədləri yaxınlığında da olmaqla müxtəlif hərbi təlimləri keçirib”, - Baş Qərargahın nümayəndəsi deyib.

Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko isə hərbi alyansın “soyuq müharibə” dövrünə qayıtmaq istədiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm