• USD 1,7001 0,00% EUR 2,1335 0,00%
    • GBP 2,4037 0,00% RUB 0,0302 0,00%

Azad Suriya Ordusu 3 kəndi YPG-dən aldı - FOTO

  • Dünya
  • 28 Avqust 2016 20:23
  • 593 Baxış
Azad Suriya Ordusu 3 kəndi YPG-dən aldı - FOTO

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu növbəti hədəfi olan Münbic şəhərinə doğru irəliləyir.

AA-nın məlumatına görə, bunu bu gün “Reuters” agentliyinə açıqlamasında Azad Suriya Ordusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib.

Ə. Osman deyib ki, PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG Münbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də Azad Suriya Ordusu Münbicə doğru irəliləyir: “Allahın köməyi ilə bir neçə gün ərzində Münbici alacağıq”.

Qeyd edək ki, bu gün Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin “Hürriyet” qəzeti isə günün ikinci yarısında Azad Suriya Ordusunun Cerablus şəhərinin cənubunda, Münbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. Qəzet Azad Suriya Ordusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>