• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Kiyevdən məxfi təlimat: Donbas və Krım...

  • Dünya
  • 29 Avqust 2016 13:00
  • 709 Baxış
Kiyevdən məxfi təlimat: Donbas və Krım...

Ukraynada hərbi səfərbərliyin yeddinci dalğası hazırlanır.

Publika.az xəbər verir ki, bu haqda “Vesti” nəşri Ukrayna Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən bildirib.

Mənbənin sözlərinə görə, bu haqda artıq yerlərə “məxfi təlimatlar” göndərilib.

“Rəhbərlik təxribatın olacağından ehtiyat edir. Onun Krım, yaxud da Donbasda olacağı hələ aydın deyil. Amma hamıya əmr verilib ki, təcili səfərbərliyə hazır olsunlar”, - mənbə deyib.

Bununla belə, güman edilən səfərbərliyin konkret müddəti haqqında məlumat verilməyib.

Hərbi komissarlıqlar da bu informasiyanı təsdiq edə bilməyiblər. Xüsusi halda, Kiyev hərbi komissarlığının müavini İqor Slyusarenko bildirib ki, hazırlıq plan rejimində gedir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>