Hollandlardan Kardaşyana şok zərbə
Bizi izləyin

Dünya

Hollandlardan Kardaşyana şok zərbə

Həmişə olduğu kimi ermənilərin daha bir yalanı ifşa olunub. Belə ki Hollandiya mediası erməni model Kim Kardaşyanın yalanını ifşa edib.

Bu barədə, Hollandiyada fəaliyyət göstərən “Azərbaycan Evi”nin sədri Elxan Həşimli bildirib.

“Bu gün Niderlandın “Volkskrant” (Xalq) qezəti Amerikada yaşayan erməni model Kim Kardaşiyanın öz Tvitter səhifəsində guya Suriyanın Kasab şəhərində yaşayan ermənilərin “genosid” edildikləri ilə bağlı yaydığı statusu və fotoları ifşa edib.

Model statusunda onların xristian olduqları üçün öldürüldüklərini yazmışdı və fotolar paylaşaraq, dünya ictimaiyyətini çaşdırmağa çalışıb.

Qəzet bu məsələ ilə bağlı araşdırma apararaq,modelin yalanlarını üzə çıxarıb. Belə ki, qəzetin apardığı araşdırmalar zaman maraqlı faktlar ortaya çıxarıb.

Qəzet öz səhifəsində Suriyanın Kasab şəhərində heç bir “genosid”in olunmadığını və yayımlanan fotoların isə filmlərdən götürülmüş olduğunu yazıb”,-deyə təşkilat sədri qeyd edib.


Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm