İlk dərs günündə məktəbə polislə gedən uşaq – FOTO/VİDEO
Bizi izləyin

Dünya

İlk dərs günündə məktəbə polislə gedən uşaq – FOTO/VİDEO

4 yaşındakı Cekson Şerlen ilk dərs günü məktəbə onlarla polisin müşayiəti ilə qədəm qoyub. Kiçik Cekson ilk dərs günündə atasının yanında olmasını istəyirdi, lakin həyat buna icazə vermədi.

Ceksonun atası polis olub. Castin Şerlen iki həftə əvvəl avtomobil qəzası keçirərək həyatını itirib. Castinin iş yoldaşları Ceksonun ilk dərs günündə məktəbə tək getməməsi üçün onu birlikdə yola salıblar. Bütün polis məmurları tək-tək balaca Ceksonu qucaqlayaraq ilk dərs günü münasibəti ilə təbrik ediblər.

Publika.az həmin duyğulu anları əks etdirən videonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm