Türkiyəyə qarşı kimyəvi silahdan istifadə olunacaq – QORXUNC PLAN
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı kimyəvi silahdan istifadə olunacaq – QORXUNC PLAN

ABŞ və Almaniyadan aldığı silahlarla Cerablusda Türkiyəyə aid tanklara hücum edən PYD (PKK terror təşkilatının Suriya qolu – red.) kimyəvi silah əldə edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Suriya ordusunun kimyəvi silahlar üzrə keçmiş məsul şəxsi və hazırda müxalif cəbhədə olan general Zahir Sakit bildirib.

Onun sözlərinə görə, kimyəvi silahlar Bəşər Əsəd rejimi tərəfindən verilib.

“Dəməşq rejimi Hasekedə mühafizə etdiyi kimyəvi silahları PYD-yə təslim edib. Rejim daha sonra Sıhne bölgəsində yerləşən anbarlarından PYD-yə kimyəvi silah verib. PYD-yə fərqli tarixlərdə üç dəfə kimyəvi silah çatdırılıb. Suriyada döyüşən PYD və İŞİD terror təşkilatlarının əlində əhəmiyyətli miqdarda kimyəvi silah var. Bu silahlardan Türkiyəyə qarşı istifadə edilə bilər”, - general deyib.

Kimyəvi silahlardan mülki vətəndaşlara qarşı istifadə edilə biləcəyini söyləyən Zahir Sakit hesab edir ki, terror təşkilatları sonradan Türkiyəni günahkar kimi göstərə bilər.

General qeyd edir ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusunun Cerablus bölgəsində irəliləyişi Qərb-PYD ittifaqının “şimal dəhlizi” layihəsini təhlükə altına alıb. Onun sözlərinə görə, PYD Azad Suriya Ordusunun növbəti hədəfi olan Münbiç bölgəsində kimyəvi silahdan istifadə ehtimalı yüksəkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm