Əzraillə ölüm-dirim mübarizəsi aparan PREZİDENTİ TƏBRİK ETDİLƏR - FOTO
Bizi izləyin

Dünya

Əzraillə ölüm-dirim mübarizəsi aparan PREZİDENTİ TƏBRİK ETDİLƏR - FOTO

Özbəkistan prezidenti İslam Kərimov ölüm ayağındadır. Hazırda xəstəxanada olan Kərimovun hətta öldüyünü iddia edənlər də var. Bu xəbərləri təkzib edən hökumətin ümidverici açıqlama verməməsi isə Kərimovun vəziyyətinin yaxşı olmadığını göstərir. Ən maraqlısı isə ölüm ayağında olduğu deyilən prezidentə dünya liderləri tərəfindən Özbəkistanın respublika günü münasibətləri ilə təbriklərin göndərilməsidir.

Publika.az “Jahon” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama İslam Kərimova göndərdiyi təbrik məktubunda Özbəkistanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

Həmçinin, ABŞ və Özbəkistan arasındakı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Çinin lideri Si Szinpin də Kərimova göndərdiyi təbrikdə onun prezidentliyi dövründə Özbəkistanın çiçəkləndiyi qeyd olunur. Həmçinin, özbək modelinin uğurundan söz açılır. Çin-Özbəkistan münasibətlərinin səviyyəsindən məmnunluq bildirilir.

Təbrik göndərən liderlər arasında Almaniya, həmçinin, Birləşmiş Ərəb Əmirləri, Polşa, Türkmənistan, Tacikistan, Əfqanıstan, Belarus, Ukrayna və digər ölkələrin dövlət başçıları da var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm