Dünya
İqtisadiyyat naziri istefa verib
Fransanın iqtisadiyyat naziri Emmanuel Macron istefa qərarını açıqlayarkən, gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib.
Anadolu agentliyinin məlumatına görə Macron 2 illik nazirlik fəaliyyətinə bu gün son qoyub. Həftələrdir istefa edəcəyi söylənilən Macronun günorta saatlarında nazirliyin şəxsi heyəti ilə görüşü və Fransa Prezidenti Fransua Ollandla görüşmək üçün Yelisey sarayında getməsi ilə bu məsələ gerçəklik qazanıb.
Görüşdən sonra Yelisey sarayından gələn açıqlamada deyilir “Prezident Fransua Olland 2014-cü ildən bu yana göstərdiyi xidmətlər üçün Macrona təşəkkür edib”.
Macron daha sonra İqtisadiyyat Nazirliyində verdiyi açıqlamada, "Azad və məsuliyyətli olmaq adına bir qərar verdim, demə, təklif etmə, hərəkətə keçmə və bir araya gətirmə adına, yeni bir ümidin əmələ gəlməsinin səbəbkarı olmaq üçün" sözləri ilə prezident seçkilərində namizəd olacağına işarə verib.
O deyib: “Gələn ildən etibarən, dəyərlərimiz, fikirlərimiz və fəaliyyətlərimizin Fransanın dəyişdirilməsi üçün hər şeyi etməkdə qərarlıyam".
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü