Krım tatarlarının çağırışı eşidilmədi
Bizi izləyin

Dünya

Krım tatarlarının çağırışı eşidilmədi

Krım tatarlarının çağırışı eşidilmədi

“Krım Respublikası”nın Konstitusiyası Dövlət Şurasının (Krım Muxtar Respublikası parlamentinin adı "Krım Respublikası Dövlət Şurası" olaraq dəyişdirilib) növbədənkənar iclasında təsdiq edilib.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Konstitusiya Rusiya Federasiyası Konstitusiyasının əsas müddəaları ilə uyğunlaşdırılıb.

Krımın əsas qanunu 10 fəsil və 95 maddədən ibarətdir. Göstərilir ki, “Krım Respublikası” demokratik, Rusiya Federasiyası tərkibində hüquqi dövlət və bərabər hüquqlu subyektdir. Konstitusiyada üç dilin - rus, Ukrayna və tatar dillərinin dövlər dili status təsbit olunub.

Konstitusiyaya görə, Krımın ən yüksək vəzifəli şəxsi respublika başçısıdır və o, beş il müddətinə Krım Dövlət Şurasının deputatları tərəfindən seçilir.

Respublika başçısı ardıcıl olaraq iki müddətdən çox bu vəzifəni tuta bilməz. Dövlət Şurasının deputatlarının sayı 100-dən 75-ə qədər azaldılacaq. Dövlət Şurasının səlahiyyət müddəti də beş ildir.

Krım Tatar Məclisi isə bu gün Dövlət Şurasını Krım Konstitusiyasının qəbul olunması məsələsində tələsməməyə çağırmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm