Aeroportda şübhəli sərnişin tutuldu – TERROR HƏYACANI
Bizi izləyin

Dünya

Aeroportda şübhəli sərnişin tutuldu – TERROR HƏYACANI

Almaniyanın Frankfurt-Mayn şəhər hava limanında şübhəli sərnişin saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda “Bild” nəşri bildirib.

Nəşrin məlumatına görə, sərnişinlər terminalı tamamilə tərk ediblər və qeydiyyat dayandırılıb. Partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilən sərnişinlər aeroportun binası qarşısında növbəti informasiyanı gözləyirlər.

Qeyd edək ki, hava limanında olan sərnişinlər üzərində partlayıcı qurğu ola biləcək şübhəli şəxs barədə polisə məlumat veriblər. Bundan sonra hava limanında təxliyə başlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm