Təlim alıb geri dönürlər – Türkiyə üçün şok hesabat
Bizi izləyin

Dünya

Təlim alıb geri dönürlər – Türkiyə üçün şok hesabat

Təlim alıb geri dönürlər – Türkiyə üçün şok hesabat

Türkiyə Təhlükəsizlik Müdirliyi və Jandarm Qüvvələrinin kəşfiyyat qurumlarının hazırladığı hesabat ölkənin təhlükəsizliyi üçün bir siqnal ola bilər.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Həll müddəti – PKK” adlanan hesabatda terror təşkilatına 2 minə yaxın yeni üzvün qatıldığı bildirilir.

Hesabatda “Yeni üzvlər sərhəd xaricinə çəkildikdən qısa müddət sonra geri dönürlər” deyilir. Bu qrupların çoxunun silahlı aksiyalara qatılmadığı, təşkilatın düşərgələrində siyasi təlim aldıqdan sonra geri döndüyü qeyd olunub. Hesabatda PKK-nın silahlı birləşmələrinin sərhədin sıfır nöqtələrindəki sığınacaqları aktiv hala gətirdiyi, qida, dərman, geyim və digər lazımı məhsulları topladığı bildirilir.

“İndiyə kimi 65 qrupun ölkə sərhədindən xaricinə çıxdığı müəyyənləşdirilib. Hər qrup orta hesabla 14-16 nəfərdir və ümumilikdə ölkədən çıxan PKK-lıların sayı 1000-ə yaxın olub. PKK silahlı birləşmələrinin ölkə xaricinə çıxması müddəti 3 ayla məhdudlaşıb. Təşkilat hazırda mövcud vəziyyətini qoruyur”, - hesabatda qeyd olunub.

Hesabatda Tunceli, Hakkari, Şırnak, Diyarbəkr, Bingöl, Van və Muşda təşkilatın silahlı birləşmələrinin varlığını qoruduğu, çəkilmənin daxili bölgələrdə, həmçinin Qara dəniz və Şərqi Anadoludakı bəzi vilayətlərdə məhdud şəkildə həyata keçirildiyi ifadə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm