Dünya
Baba və nəticə Nehru: 1951- 2014. Seçki xronologiyası
Hindistanda parlament seçkilərinə start verilib. Aprelin 7-dən başlayan səsvermə may ayının 12-nə qədər davam edəcək.
Seçki prosesi uzun çəkə bu ölkədə parlamentin aşağı palatasına 543 deputat seçilməlidir və hər hansı bir partiya hökuməti təşkil etmək üçün təkbaşına və ya digər partiyalarla koalisiyada minimum 272 deputatın dəstəyinə nail olmalıdır.
Builki seçki kampaniyasına yeni yaradılmış bir neçə partiya da qoşulub. Yeni yaradılan Ümumi Xalq Partiyası ölkədə korrupsiyaya qarşı mübarizəni özünün prioriteti elan edib. Partiya seçkilərdə əsas favoritlərdən biri olmasa da, onun nümayəndələrinin parlamentdə təmsil olunacağı gözlənilir.
Hindistanın hazırkı Baş naziri Manmohan Sinqh bir müddət əvvəl bildirib ki, o, seçkilərdən sonra tutduğu vəzifədən istefa verəcək.
Milli Konqresə nüfuzlu Nehru-Qandi sülaləsinin yeni nəsil nümayəndəsi Rahul Qandi rəhbərlik edəcək. Bu sülalə 1951-ci ildən Hindistanın əsas siyasi elitasını təşkil edir.
Publika.Az 1951-ci ildən başlayaraq Hindistanın
maraqlı seçki xronologiyasının təqdim edir:
Hindistan milli seçkiləri, 1951: qalib Hindistan Milli Konqresi,
lider Nehru.
Hindistan milli seçkiləri, 1957: qalib Hindistan Milli Konqresi,
lider Nehru.
Hindistan milli seçkiləri, 1962: qalib Hindistan Milli Konqresi,
lider Nehru.
Hindistan milli seçkiləri, 1967: qalib Hindistan Milli Konqresi,
lider Nehrunun qızı İndira Gandi.
Hindistan milli seçkiləri, 1971: qalib Hindistan Milli Konqresi,
lider Nehrunun qızı İndira Qandi.
Hindistan milli seçkiləri, 1977: qalib Anti-Milli Konqress
koalisiyası, lider Milli Konqres Partiyasının sabiq liderlərindən
Morarji Desai.
Hindistan milli seçkiləri, 1980: qalib Hindistan Milli Konqresi,
lider Nehrunun qızı İndira Qandi. Həmin il İndiranın oğlu Sanjai
təyyarə qəzasında aldığı xəsarətlərdən həlak olur.
Hindistan milli seçkiləri, 1984: qalib Hindistan Milli Konqresi.
Seçkilərdən əvvəl Milli Konqersin rəhbəri İndira Qandi sui-qəsd
nəticəsində öldürülür, beləliklə partiyanın lideri onun oğlu Rajiv
Qandi olur.
Hindistan milli seçkiləri, 1989: qalib Hindistan Milli Konqresi
əleyhinə formalaşdırılan Milli Cəbhə, lider V.P. Singh, 16 aydan
sonra parlament buraxılır.
Hindistan milli seçkiləri, (erkən), 1991: seçkilər zamanı Hindistan
Milli konqresinin rəhbəri, Nehrunun nəvəsi, İndiranın oğlu Rajiv
Qandi öldürülür.
Bu dəfəki seçkilərdə də Nehrunun nəticəsi əsas namizəddir.
Asif
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO