Krımın işğalının əsl səbəbi ortaya çıxdı
Bizi izləyin

Dünya

Krımın işğalının əsl səbəbi ortaya çıxdı

Krımın işğalının əsl səbəbi ortaya çıxdı

“Biz Qara dəniz şelfində əhəmiyyətli əraziləri itirdik. Krımda şist qazının hasilatından gələcək mümkün gəlirlər şəklində itkilərin məbləğini 40 milyard dollar dəyərində qiymətləndiririk”.

Publika.Az–ın verdiyi xəbərə görə, bu sözləri Ukraynanın yanacaq və energetika naziri Yuri Boykon Belçikanın “EurActiv” nəşrinə müsahibəsində deyib.

Daha əvvəl Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin Krımın Rusiyaya birləşməsinin Rusiyaya Qara dənizdə 30-dan çox qaz yatağını istismar etməyə imkan verəcəyini bildirmişdi. Hansı ki, həmin yataqlar daha əvvəllər Ukrayna ilə mübahisəli yataqlar hesab edilirdi.

Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Krım işğalının əsas səbəblərindən birinin də buradakı zəngin qaz yataqları olduğunu bildirmişdi.

“Ukrayna demokratik ölkə olsa, o zaman Rusiya vətəndaşları da niyə eyni şeylərə malik olmadıqlarını soruşacaqlar. Digər bir məsələ isə, Krımda zəngin qaz ehtiyatları var. Amerika şirkətlərinin sayəsində növbəti 3 il ərzində Ukrayna növbəti qaz ixracatçısına çevriləcəkdi və Rusiya qazını almağı dayandıracaqdı. Bu isə o deməkdir ki, Qazprom Avropada ən böyük qaz alıcısını itirəcəkdi. Əminəm ki, əsas amil budur”, - M.Saakaşili söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm