Prezidentlər hansı xəstəliklərini gizlədiblər?
Bizi izləyin

Dünya

Prezidentlər hansı xəstəliklərini gizlədiblər?

"The Independent"in saytında dərc olunmuş məqalədə Vaşinqton müxbiri Rupert Kornvell yazır ki, xəstəliyi Hillari Klintonu prezidentlikdən məhrum edə bilər, lakin tarixən ABŞ prezidentləri çox ciddi və təhlükəli xəstəliklərini gizlədə biliblər.

Məqalədə deyilir ki, hər bir adamın səhhəti onun şəxsi işidir, lakin söhbət ABŞ prezidentliyinə namizədin sağlamlığından gedirsə, bu, artıq şəxsi iş ola bilməz. Məhz buna görə də böyük bir ehtimalla Hillari Klinton indi öz sağlamlıq vəziyyətinin bütün təfərrüatlarını açmağa məcbur ediləcək.

Lakin bununla belə, ABŞ-ın açıqlıq reputasiyasına baxmayaraq, dünyanın ən qüdrətli şəxsinin sağlamlığı heç də həmişə şəffaf məsələ olmayıb.

Müəllif yazır ki, ümumən ABŞ prezidentləri kifayət qədər sağlam olurlar. Elə təkcə bunu demək kifayətdir ki, 18 ay ay davam edən namizədlik kampaniyasının öhdəsindən yalnız top kimi sağlam olmaqla gəlmək olar. Lakin hətta buna da baxmayaraq ABŞ tarixində bunun əksini göstərən bəzi istisnalar olub.

25-ci əlavə

Məqalədə deyilir ki, 1967-ci ildə Konstitusiyaya edilmiş 25-ci düzəlişə qədər ABŞ prezidentinin iş başında vəfat etməsi halında hansı prosedurların işə salınmasının dəqiq mexanizmi olmayıb.

Əslində yeni tarixdə prezidentlik postunda olduğu vaxt iki nəfər öz əcəli ilə ölüb.

1923-cü ildə Uorren Hardinq ürək infarktından vəfat edib və 1945-ci ilin aprelində, 4-cü müddətə təzəcə and içmiş Franklin Ruzvelt beynə qan sızmasından dünyasını dəyişib. Lakin bundan əvvəl və sonra əcəlin Ağ Evin yaxlınlığında dolaşdığı vaxtlar olub.

Vudro Vilson 1919-cu ilin oktyabrında keçirdiyi iflicdən sonra prezidentliyin qalan 17 ayını fiziki məhdudiyyətli şəxs kimi keçirib. Onun səhhətinin yaxşı durumda olmadığını həkimlər əvvəldən də bilirmişlər.

1955-ci ildə prezident Duayt Eyzenhauzerin infarkt keçirdiyi xəbəri ictimaiyyətə açıqlansa da, belə başa düşmək olar ki, onun vəziyyətini əslində olduğundan daha yumşaq təqdim ediblər.

Məqalədə deyilir ki, bütün bu halların arasında ən maraqlısı Eyzenhauzerdən sonra prezident olmuş John Kennedy ilə bağlıdır.

"JFK qatil gülləsindən ölüb, lakin onun tibbi problemləri vaxtında açıqlansaydı, o əslində prezident seçilməyə də bilərdi" - yazır Rupert Kornvell .

Kennedi Addison xəstəliyindən, başqa sözlə, böyrəküstü vəzlərin pozuntusundan əzab çəkirmiş. Bundan başqa onun koliti (düz bağırsağın iltihabı) və xroniki bel ağrıları da varmış. Təəccüblüsü budur ki, bütün bunlar onun prezidentliyinə mane olmurdu, amma ictimaiyyətə də açıqlanmamışdı.

Hətta 1960-cı ildə ona rəqib namizəd Lyndon Consonun düşərgəsi JFK-in Addison xəstəliyindən əzab çəkdiyini elan edəndə, Kennedinin düşərgəsi bu iddianı yüngülcə rədd etmişdi və bu söhbətə bir daha qayıdılmamaışdı. 1964-cü ildə prezidentlik kürsüsünə əyləşən Consonun özü də əvvəllər bir neçə infarkt keçirmişdi və bütün prezidentliyi boyunca onu qəfil vura biləcək daha bir infarktın qorxusu ilə yaşamışdı.

Bush-u çərəz boğacaqmış

1991-ci ilin mayında prezident ÇorcBuşu ürək qulaqcıqların fibrilyasiyası, yəni aritmiyası tutmuşdu. Məqalədə deyilir ki, o zaman ən böyük narahatlıq 25-ci düzəlişə əsasən, Dan Quaylein prezident ola biləcəyindən idi. Amma Buş xəstəlikdən çox çevik dirçələ bilmişdi.

Amma bəziləri bu qənaətdədirlər ki, xəstəlik ondan əl çəkməmiş və 1992-ci ildə Bill Clinton-a məğlubiyyətinin səbəblərindən biri olmuşdu.

Ata Buşun xəstəliyi bir də özünü Yaponiyadakı dövlət ziyafətində yediyini qaytarması ilə büruzə vermişdi.

Elə oğul Buşun da başına iş gəlib. 43-cü ABŞ prezidenti 2002-ci ildə Ağ Evdə televizora baxa-baxa yediyi pretzel çərəz peçenyesinin boğazında qalmasından boğulurmuş.

Məqalədə deyilir ki, xanım Klintonun 48 saatdan sonra açıqlanmış xəstəliyi - sətəlcəm demokrat namizədin başqa xəstəlikləri ilə birlikdə təhlükəli ola bilər. Onun iki dəfə beyin sarsıntısı keçirdiyi və qan laxtalanması əlaqədar hələ də qandurulducu preparatlar qəbul etdiyi bilinir.

"O hələlik prezident deyil, lakin qaydalar artıq ona da şamil edilə bilər" - deyilir məqalədə (BBC).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm