Türkiyə AKP-nin 2019-cu il ssenarisindən danışır
Bizi izləyin

Dünya

Türkiyə AKP-nin 2019-cu il ssenarisindən danışır

Türkiyə AKP-nin 2019-cu il ssenarisindən danışır

Türkiyədə diqqətlər prezident seçkiləri üçün baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gül arasındakı razılaşmaya çevrildiyi bir vaxtda, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəhlizlərində fərqli bir iddia səsləndirilir.

Publika.Az - ın “Cümhuriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, baş nazir Ərdoğanın daha bir müddət gözləyəcəyi iddia edilir.

Ssenariyə görə, Ərdoğan daha bir müddət gözləyəcək, A.Gül yenidən prezidentliyə namizəd olacaq. 2019-cu ilin iyun ayında isə bələdiyyə, parlament və prezident seçkiləri birləşdirilərək keçiriləcək.

Ərdoğanın namizəd olacağı prezidentlik seçkilərinin də bələdiyyə və parlament seçkilərinə birləşdirilməsi üçün 2019-cu ilin avqust ayında səlahiyyət müddəti başa çatan A.Gül istefa verəcək. Beləliklə, Ərdoğan prezidentliyə, Gül isə millət vəkilliyinə namizəd ola biləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm