Həkim ömürlük həbs olundu - Foto
Bizi izləyin

Dünya

Həkim ömürlük həbs olundu - Foto

İtaliya tarixində ilk dəfə olaraq həkim ömürlük həbs cəzası alıb. Milan məhkəməsi Pyer Paolo Brequ Massoneni ömürlük həbs edərək, vəfat etmiş xəstələrin ailələrinə 600,000 dollar ödəməyi tələb edib. Həkim Massone yerli əhalinin dili ilə desək, “dəhşətlər klinikası” olan “Santa Rita” xəstəxanasında çalışıb. Həkim bir çox lazımsız əməliyyat həyata keçirməkdə günahlandırılır. Massone xəstələrdən dörd nəfəri “doğrayıb”, yüzdən çox insana isə xəsarət yetirib. Hippokrat andını pozan həkimin bu bəd əməllərə pul sürükləyib. Çünki tibbi sığorta fondu cərrahlara hər əməliyyata görə 11,000 avro ödəyir.

“Santa Rita” xəstəxanasında Massonenin tabeçiliyində işləyən 2 tibbi köməkçisi 30 il, digər 8 həkim 1 ildən 2 ilədək həbs cəzası alıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm