“Mən od tutub yanıram, əlvida, yoldaşlar”
Bizi izləyin

Dünya

“Mən od tutub yanıram, əlvida, yoldaşlar”

Hər bir ali təhsilli insan açıq kosmosda ilk olmuş inanın Yuriy Qaqarin olduğunu bilir. İnsanın kosmosa qədəm qoyduğu tarixi an 1961-ci il 12 apreldir. Qaqarin 9 aprel 1934-cü il Smolensk ərazisində indiki Qaqarin adlandırılan Kluşino kəndində doğulub.

Əslən kəndli olan Qaqarin ailəsi donuzçuluq və dülgərliklə məşğul olub. Uşaqlığı Kluşino kəndində keçib və 1 sentyabr 1941-ci ildə məktəbə gedən Yuriy almanların onların kəndinə hücumu nəticəsində məktəbdə tədris dayandırılıb. Kənd iki il almanların işğalı altda qaldıqdan sonra məktəbdə tədris bərpa olunub. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra pilotluların hərbi-aviasiya məktəbində təhsilini davam etdirib. 1959-cu ildə Valentina Qoryaçevlə ailə həyatı qurur. Elə həmin ildə, Qaqarin kosmonavtların namizəd qrupuna qoşulmaq üçün ərizə yazır. Artıq bir həftədən sonra o, tibbi müayinə üçün Moskvaya Mərkəzi elmi tədqiqatların aviasiya hospitalına dəvət edilir. Müayinələrdən uğurla keçən leytenant Qaqarin 1960-cı ildə kosmonavtların namizəd qrupuna daxil edilir və mart ayının 11-dən etibarən məşqlərə başlayır.

Namizədlər arasında Qaqarindən əlavə 20 nəfər də vardı. Onlar ölkənin elə də yaxşı pilotluları deyildi, çünki burada əsas amil gələcək kosmonavtın boyu, çəkisi, sağlamlığı idi. Kosmosa uçuş 1961-ci il 11-17 aprel aralığında planlaşdırılırdı. Kosmosa kimin uçacağını ən son anda seçdilər və bu, Qaqarin və onun dublyoru Titov oldu.

“Vostok-1” gəmisinə 12 aprel 1961-ci ildə Bakı vaxtı ilə 10:07-də Baykonur kosmodromundan start verildi. Yer kürəsi ətrafında 108 dəqiqə (10:25:34) dövr etdikdən sonra hava gəmisi plana uyğun olaraq müvəffəqiyyətlə yerə qayıtdı.

Kosmosa uçuşundan iki gün əvvəl Qaqarin bədbəxt hadisə yaranacağından ehtiyat edərək həyat yoldaşına vida məktubu yazıb. “Vostok-1” gəmisinin sirli şifrəsi yalnız Qaqarinə verilib.

Uçuşun son mərhələsində Qaqarin “Mən od tutub yanıram, əlvida, yoldaşlar”-cümləsini ifadə edib. Dəbilqəsinin üzərindəki “SSRİ” yazısı son məqamda, Qaqarinin uçuşuna 20 dəqiqə qalmış, dəbilqəni başından çıxartmadan yazılıb. Səbəb isə onun diversant qrupla səhv salmamaq olub.

Onun ölümü hələ də naməlum olaraq qalır. Rəsmi məlumatlarda isə onun təyyarə qəzasında ölməsi qeyd olunur.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm