Taliban lideri həbs edildi
Bizi izləyin

Dünya

Taliban lideri həbs edildi

Ağa Can Mutasimin Birləşmiş Ərəb Əmirliklərində saxlanma səbəbləri açıqlanmır

Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri Taliban rəhbərliyində yer alan Ağa Can Mutasimi ev dustağı edib.

Mutasim Talibanın maliyyə işlərinə rəhbərlik edib. Onun köməkçisi mətbuata açıqlamasında Taliban liderinin BƏƏ-də həbs edilməsini təsdiqləyib. Onun sözlərinə görə, Talibanın keçmiş nazirlər kabinetinin üzvü tezliklə Kabilə deportasiya edilə bilər. Ağa Can Mutasimin saxlanma səbəbləri açıqlanmır.

Bir muddət öncə yüksək rütbəli şəxsin ailə üzvləri Əfqan mediasına Mutasimin Birləşmiş Ərəb Əmirliklərində itməsi barədə məlumat vermişdilər. Ailə üzvləri bir həftə ərzində siyasətçinin telefon zənglərinə cavab vermədiyi səbəbindən narahat idilər.

Qeyd edək ki, Ağa Can Mutasim Talibanın ən nüfuzlu liderlərindən biri hesab olunur. Yanvarın sonunda o, Dubayda Əfqanıstanın xüsusi xidmət orqanları ilə danışıqlarda iştirak edib. Son cümə axşamı Mutasim Yüksək Barış Şurası nümayəndəsi Məhəmməd Əmin Vakadla görüşündə yaxın gələcəkdə BƏƏ ilə Taliban arasında danışıqlara başlamaq lazım olduğunu bildirib. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm