Ukraynada silahlar işə düşdü: Şiddətli döyüşlər gedir
Bizi izləyin

Dünya

Ukraynada silahlar işə düşdü: Şiddətli döyüşlər gedir

Ukrayna DİN rəhbəri Arsen Avakov “Feysbuk” səhifəsində Donetsk vilayətinin Kramatorsk və Krasnıy Liman şəhərlərində rayon milis şöbələrinin ələ keçirmək cəhdlərinin olduğunu bildirib.

Ukrayna DİN rəhbəri Arsen Avakov “Feysbuk” səhifəsində Donetsk vilayətinin Kramatorsk və Krasnıy Liman şəhərlərində rayon milis şöbələrinin ələ keçirmək cəhdlərinin olduğunu bildirib.

“Kramatorsk (Donetsk vilayəti). Hücum törədilib. Naməlum şəxslər rayon şöbəsini atəşə tutublar. Atışma davam edir. Krasnıy Liman (Donetsk vilayəti). Rusiya istehsalı olan AK-100 qısa lüləli avtomatlarla silahlanmış yaraqlılar rayon milis şöbəsinə hücum ediblər. Hücum milis qüvvələri və şəhər drujinaçılar tərəfindən dəf edilib”, deyə nazir səhifəsində qeyd edib.

Nazir həmçinin qeyd edib ki, rayon şöbəsi bir müddət əvvəl zəbt olunmuş Slavyansk şəhərində mobil rabitə qüllələri yararsız hala salınıb. Həmçinin Təhlükəsizlik Xidmətinin inzibati binası mühasirəyə alınıb. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm