Rusiya tapır, Əsəd vurur
Bizi izləyin

Dünya

Rusiya tapır, Əsəd vurur

Rusiyanın pilotsuz hava vasitələri silahlı müxalif qrupları izləyərək onların koordinatlarını Əsəd güclərinə verir.

Yanvar ayının 22-də keçiriləcək “Cenevrə-2” beynəlxalq sülh konfransı öncəsi atəşkəs çağırışlarının səslənməsinə baxmayaraq, Suriya ordusu müxalifət mövqelərini bombalamaqda davam edir. Sonuncu hava hücumunun dünən Dera şəhərindəki müxalifət mövqelərinə edildiyi və ən az 7 nəfər həlak olduğu deyilir.

Suriya ordusunun hava hücumları davam edərkən vətəndaş müharibəsi ilə bağlı maraqlı bir detal ortaya çıxıb.Publika.Az –ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın pilotsuz hava vasitələri silahlı müxalif qrupları izləyərək onların koordinatlarını Əsəd güclərinə verir.

“Rusiya Suriya ordusunu kəşfiyyat məlumatları ilə təmin edərək müxalifətət qruplarının döyüş təyyarələri tərəfindən vurulmasında birinci dərəcəli rol oynayır”, - agentliyin xəbərində deyilir. Hərbi və diplomatik mənbələrə istinad etdiyini bildirən “Röyters” Rusiyanın həmçinin son dərəcə inkişaf etmiş elektronik hərbi vasitələrlə də Əsəd rejimini təmin etdiyini qeyd edir.

Suriya Milli Koalisiyası isə “Cenevrə-2” sülh konfransında iştirak məsələsini müzakirə etmək üçün dünən İstanbulda toplantı keçirib. Bu gün də davam edəcək toplantının sonunda konfransa qatılıb-qatılmama qərarı səsvermə yolu ilə müəyyənləşdiriləcək. Koalisiya daxilində Səudiyyə Ərəbistanı və Qətərlə bağlı olan qrupların mübarizəni davam etdirmək istədiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm