Kərkükdə qanlı gün: 7 ölü, 11 yaralı
Bizi izləyin

Dünya

Kərkükdə qanlı gün: 7 ölü, 11 yaralı

İraqda baş vermiş terror aktında 7 nəfər ölüb. ANS PRESS-in məlumatına görə, Kərkük şəhərində baş vermiş partlayışda 11 nəfər də yaralanıb.

İraqda baş vermiş terror aktında 7 nəfər ölüb. Kərkük şəhərində baş vermiş partlayışda 11 nəfər də yaralanıb.

Məlumata görə, terror aktı kamikadze tərəfindən törədilib. Belə ki, intiharçı partlayıcılarla dolu avtomobili nəzarət buraxılış məntəqəsinə sürüb.

Terror aktına görə, məsuliyyəti öz üzərinə götürən olmayıb.

Qeyd edək ki, son illər İraqda dini zəmində baş verən münaqişələrdə yüz minlərlə insan həyatını itirib. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm