Rus rublunun dəyəri rekord həddə aşağı düşüb
Bizi izləyin

Dünya

Rus rublunun dəyəri rekord həddə aşağı düşüb

Rusiya Ukraynaya müdaxiləsinə son qoymayacağı təqdirdə Amerika Birləşmiş Ştatları rəsmi Moskvaya qarşı daha ciddi sanksiyalar tədbiq edəcək. ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini şərh edərkən bu barədə açıqla

Rusiya Ukraynaya müdaxiləsinə son qoymayacağı təqdirdə Amerika Birləşmiş Ştatları rəsmi Moskvaya qarşı daha ciddi sanksiyalar tədbiq edəcək. ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini şərh edərkən bu barədə açıqlama verib. ABC telekanalına müsahibəsində Pauer qeyd edib ki, Rusiya Ukraynanın şərq hissəsində Krımda oynadığı oyunları indi daha peşəkar şəkildə təkrar edir.

"Artıq Rusiyaya qarşı tətbiq olunan sanksiyalar rublun dəyərini tarixdə ilk dəfə bu qədər aşağı salıb. Rusiyanın səhmləri 20 faizə qədər aşağı düşüb. Sərmayədarlar pərən-pərən düşüb qaçırlar. Sanksiyaların bu ölkəyə təsir etdiyini görürük. Rəsmi Moskva bu fəaliyyətinə davam etsə, sanksiyaları daha da artıracağıq".

Amerika hökumətinin Rusiyanın enerji, bank, mədən sahələrinə qarşı sanksiyalar tədbiq olunması üçün prezident Barak Obama da artıq sənəd imzalayıb. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm