Rusiya ukraynalılara silah paylayır?
Bizi izləyin

Dünya

Rusiya ukraynalılara silah paylayır?

Rusiya ukraynalılara silah paylayır?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynada yaranmış vəziyyətlə əlaqədar təcili iclas keçirib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın təşəbbüsü ilə keçirilən iclas Ukraynanın qurumdakı nümayəndəsi Yuri Sergeyin sərt çıxışı ilə yadda qalıb.

Ukraynanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi terrorçuların Rusiya agentlərinin rəhbərliyi altında Donetskdə bir neçə inzibati binanı ələ keçirdiklərini deyib. Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun bəyanatını xatırladan Y.Sergey ukraynalıların arasında müharibə olmadığını, süni qarşıdurma vəziyyətinin yaradıldığını dilə gətirib: “Ukrayna kəşfiyyatının məlumatına görə, son bir ay ərzində Rusiya xüsusi xidmət orqanlarının agentləri genişmiqyaslı əməliyyata başlayıb. Rusiya Ukrayna ilə sərhəddə hərbi kontingentini artırıb, Ukraynaya tərkibində 10-20 agent olan təxribat qrupları yola salınır. Ukrayna dövlətinin əlində ölkənin şərqində baş verənlərdə Rusiya xüsusi xidmət orqanlarının iştirakının olması ilə bağlı sübutlar var. Həbs olunanların verdiyi ifadələr diversant şəbəkəsinin mövcudluğunu sübut edir. Onlar Rusiya ordusunun silahlarından istifadə edirlər”.

Onun sözlərinə görə, Rusiya mümkün qədər daha çox vətəndaşı silahlandırmağa çalışır: “Milis bölmələrinə silahlı hücumların video görüntüləri var. Bu görüntülər şübhə yeri qoymur ki, onlar terrorçulardır. Biz rusiyalı partnyorları Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəldilən hərəkətlərə son verməyə çağırırıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm