Trampdan SOS: “Rusiya yeni nüvə...”
Bizi izləyin

Dünya

Trampdan SOS: “Rusiya yeni nüvə...”

“Mən şübhəsiz nüvə zərbəsini birinci vurmazdım”.

Publika.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp teledebatda bildirib.

O, həmçinin əlavə edib ki, Şimali Koreya kimi dövlətlərin olmasını da yaddan çıxarmaq lazım deyil.

Başqa ölkələrin nüvə potensialı haqqında danışan Tramp qeyd edib ki, Rusiya daha yeni arsenala malikdir, nəinki Amerika. Tramp bildirib ki, Rusiya öz imkanlarını genişləndirir və daha yeni vasitələrə malikdir. Respublikaçı namizəd B-52 nüvə bombardmançı təyyarələrin köhnəldiyini deyib.

O, vurğulayıb ki, nüvə silahı və iqlim dəyişikliyi ABŞ üçün ən ciddi təhlükə deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm