Klinton ilk qələbəsini qazandı - FOTOLAR
Bizi izləyin

Dünya

Klinton ilk qələbəsini qazandı - FOTOLAR

ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və respublikaçı Donald Trampın ilk teledebatını izləyən tamaşaçıların əksəriyyəti üstünlüyü Klintona veriblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu CNN televiziya şirkəti və “Opinion Research Corporation” (ORC) sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri göstərir.

Tamaşaçıların 62 faizi Klintonun xeyrinə fikrini ifadə edib, yalnız 27 faizi Trampın çıxışını bəyənib.

Namizədlər müzakirələrin gedişatında milli iqtisadiyyat, yeni iş yerlərinin yaradılması, təhlükəsizlik, vətəndaşların silah daşıma hüququ, ABŞ və başqa ölkələrin nüvə arsenalı, Koreya problemi kimi mövzulara toxunublar.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm