Toya atmalı olduğu 200 avronu seçki qutusuna atdı
Bizi izləyin

Dünya

Toya atmalı olduğu 200 avronu seçki qutusuna atdı

Dünən İspaniyanın Pontevedra vilayətində yerli parlamentə keçirilən seçkilərdə kuryoz olay yaşanıb.

Redondela şəhərində seçicilərdən biri səhvən seçki qutusuna səsvermədən sonra gedəcəyi tədbirdə hədiyyə vermək üçün hazırladığı zərfi salıb.

Bu cür "səs" verəndən sonra seçici məntəqədən 100 km aralıda yerləşən Orense şəhərinə gedib və şənlik sahiblərinə içərisində 200 avro əvəzinə seçki bülleteni olan zərfi hədiyyə verib. Səhvindən burada agah olan seçici polisin müşayiəti ilə məntəqəyə qayıdıb və zərfləri dəyişib. (aznews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm